ELM VƏ TƏHSİL


Prezident mükafatçısı Günay İmanzadəni tanıyaq

Prezident İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənənlərə Gənclər üçün Prezident mükafatı verilib. Həmin 11 gəncdən biri də müsahibimiz Günay İmanzadədir. O, 2017-ci ildə Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə “SABAH” qruplarında bakalavr təhsili alıb. Bundan sonra isə təhsilini davam etdirmək üçün xarici ölkəyə üz tutub. Pandemiya səbəbindən ölkəmizə qayıdan xanım bir müddət tələbələri ilə ZOOM platforması üzərindən görüşüb. Lakin müraciət edənlərin online tədrisə marağının az olması səbəbindən Günay öz startap layihəsini reallaşdırıb.