ELM VƏ TƏHSİL


Ağdamın Mahrızlı kəndində inşa edilən məktəb binasında tikinti işləri yekunlaşmaq üzrədir

Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbi üçün 320 şagird yerlik yeni bina inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri Mahrızlı kəndinə gedərək, obyektdə aparılan inşaat işləri ilə maraqlanıb. Tikintidə iş icraçısı Vaqif Əsədov bildirib ki, məktəb binası ikimərtəbəli olmaqla, beş korpusdan ibarətdir. Binada sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, abadlıq işləri aparılacaq, yaşıllıq salınacaq.