MƏDƏNİYYƏT


Xaçmazlı ABAD-çının qeyri-adi əl işləri

Xaçmazlı elektrik mühəndisi Fərmayıl Əhmədov toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə bir-birindən maraqlı suvenirlər hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istedadlı gənc bu işi internet vasitəsilə öyrənib. Dediyinə görə, ölkəmizdə belə suvenirləri təkcə ondan başqa hazırlayan yoxdur. Əvvəllər həvəskar şəkildə bu işlə məşğul olan gənc indi əl işlərini daha da təkmilləşdirib.