ELM VƏ TƏHSİL


Təhsil tələbə kreditindən kimlər yararlana bilər?

Təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi məqsədiylə yaradılan Təhsil Tələbə Krediti Fondu tərəfindən təqdim edilən kreditin sosial və standart növləri mövcuddur. Sosial növ yalnız sosial həssas təbəqəyə aid ailələrdən olan tələbələr üçün nəzərdə tutulsa da, standart formada verilən kreditdən həm dövlət, həm də özəl universitetlərin tələbələri də faydalana bilir. Verilən məbləğ illik 2 və 6 faizlə hesablanlanaraq geri qaytarılır. AZƏRTAC-a bu haqda Fondun Maliyyə və İqtisadiyyat şöbəsinin müdiri Tehranağa Abdullayev ətraflı məlumat verib.