ELM VƏ TƏHSİL


Müəllimlərin maaşı 1000 manatdan çox olacaq

Müəllimlərin əməkhaqqı miqdarına onların dərs saatları birbaşa təsir göstərir. Yeni əməkhaqqı artımından sonra müəllimlərin 25 faizindən çoxu 1000 manatdan yüksək məvacib alacaq.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 2023-cü ildə müəllimlərin sertifikasiyasında 35 mindən çox müəllim iştirak edəcək: “Ötən il 11 133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əməkhaqqına 35 faiz, 3426 müəllimin əməkhaqqına isə 10 faiz əlavələr edilib".