ELM VƏ TƏHSİL


Müəllimlərin diqqətinə - yenilik var

Bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq. AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə söyləyib. Həmçinin, ölkə üzrə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.