Azərbaycan Dövlət İnformasiya Agentliyi

Real TV 5 yaşında

15.03.2023 [19:50]

Azərbaycan televiziya məkanında fərqli üslubu, fərqli tərzi ilə seçilən, xəbərləri təkcə yerli auditoriyaya deyil, həm də ölkə sərhədlərindən kənara da hesablanan Real TV-nin bu gün 5 yaşı tamam olur. Real Yarandığı ilk gündən hadisələrə analitik təhlili, xüsusi yanaşması və operativliyi ilə xəbər məkanında professionallıq nümayiş etdirir.