CƏMİYYƏT


Talış kəndinə ilk köç

Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk mərhələdə köçürüləcək ailələr kəndə doğru yola çıxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına qayıdırlar.