DYP sürücülərə müraciət edib
17.03.2023 [14:40]
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib.
İdarədən AZƏRTAC-a daxil olan müraciətdə Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artmasının gözlənildiyi qeyd olunub.