CƏMİYYƏT


Bitmək bilməyən taksi problemi

Ölkəmizdə taksidən istifadə edənlərin sayı heç də az deyil. Son zamanlar taksilərin və taksi şirkətlərinin sayı günü-gündən çoxalsa da, taksi sürücüləri ilə bağlı problem yenə də öz aktuallığını qoruyub saxlayır. Nə qədər maarifləndirmə işləri aparılsa da, belə sürücülər azalmaqdansa, sayları artmaqdadır. Hətta narkotik və psixotrop maddələrin təsiri altında saxlanılan sürücülər az olmayıb. AZƏRTAC bu məsələ ilə bağlı hazırladığı reportajı sizə təqdim edir.