CƏMİYYƏT
İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb
01.04.2023 [11:14]
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və tabeçiliyində olan Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan ümumilikdə 3 kiloqrama yaxın heroin və marixuana, metamfetamin, eləcə də psixotrop təsirə malik həblər (ekstazi) aşkar edilərək götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
31.05.2023 [14:20]
31.05.2023 [12:54]
31.05.2023 [10:46]
29.05.2023 [21:54]
31.05.2023 [21:28]
31.05.2023 [21:24]