CƏMİYYƏT


Moskvada Həzi Aslanovun xatirəsi anılıb

Görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Ulu Öndər Heydər Əliyevin sevimli qəhrəmanlarındandır. Heydər Əliyevə görə Həzi Aslanov Dünya müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir.
Bir neçə gün əvvəl Moskva şəhər Veteranlar Komitəsi və paytaxt azərbaycanlılarının təşəbbüsü və təşkilatçılığı ilə İttifaqlar Evinin Sütunlu Sarayında Stalinqrad döyüşlərində qələbənin 80 illiyi münasibətilə Azərbaycanın şanlı oğlu Həzi Aslanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən veteranlar və ictimaiyyət nümayəndələri görkəmli həmyerlimizin Stalinqrad döyüşlərindəki müstəsna xidmətlərindən söhbət açıb, unudulmaz sərkərdəni ehtiramla yad ediblər.