SİYASƏT


Daşkənddə Ulu Öndərin 100 illiyi qeyd olunub

Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev Azərbaycan-Özbəkistan dostluğunun və strateji əməkdaşlığının banisi” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və Özbəkistan Senatının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda səfirlər, diplomatlar, hər iki ölkənin deputatları, rektorlar, Ulu Öndər Heydər Əliyevlə birgə çalışmış Özbəkistanın nüfuzlu şəxsləri, ölkənin dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.