87 kiloqramdan çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
01.05.2023 [13:17]
Xəbərin mətni
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqram 340 qram narkotik vasitənin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.