CƏMİYYƏT


Başlıbel sakini 30 ildən sonra öz kəndində

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da 30 ilə yaxın doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərimizin də arzuları həyata keçmiş oldu. İndi onlar illərdir həsrətində olduqları doğma yurdlarına, evlərinə dönəcəkləri və orada daimi yaşayacaqları günü gözləyirlər.
Kəlbəcər rayonu Başlıbel kənd sakini Məhəmməd Abbasov da 30 ildir doğulub boya-başa çatdığı kəndinin, çay kənarında tikdiyi evinin həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib. AZƏRTAC-ın bölgə müxbiri uzun illərdən sonra doğma yurduna baş çəkən Məhəmməd Abbasovla söhbət edib, sevincinə şərik olub.