Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın kollektivi Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib

10.05.2023 [16:29]

Xəbərin mətni

Bu gün xalqımız müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edir. İdarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla anırlar.
AZƏRTAC-ın kollektivi də Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI