Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolumbiya telekanalında Ulu Öndərin 100 illiyinə həsr olunmuş süjet yayımlanıb

11.05.2023 [22:04]

Xəbərin mətni

Amerika qitəsindəki bütün ölkələrdə yayımlanan Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etdiyi bildirilib.