SİYASƏT


Rusiya Federal Məclisinin Federasiya Şurasında Ulu Öndərin yubileyinə həsr olunmuş sərgi açılıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Heydər Əliyev Fondunun dəstəyi ilə Ümummilli Liderin 100 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasiminə qatılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatları, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.