İDMAN


Bakıda buz meydançası açıldı

Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı idman obyektində açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak ediblər.
Meydança ölkədə idmanın fiqurlu konkisürmə növünün inkişafına təkan məqsədilə istifadəyə verilib.