Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keramikadan göz oxşayan heykəllər

17.06.2023 [15:52]

Xəbərin mətni

Cənubi Qafqazın ilk keramika mərkəzinin qısa müddətdə nailiyyətləri az deyil, onu yaşadan, inkişaf etdirən sənətkarlar bir çox uğurlu layihələrə imza atıblar.
Belə gənc sənətkarlardan biri də Kamran İbrahimxəlilovdur. O, hər gün işə gələr-gəlməz, önlüyünü əlinə alıb dünən yarıda buraxdığı əl işini dönə-dönə gözdən keçirir və daha nələri əlavə edəcəyini düşünür.