Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan idmançıları III Avropa Oyunlarına yola düşüblər

20.06.2023 [15:39]

Xəbərin mətni

İyunun 20-də Azərbaycan idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına təntənəli yola salınması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.