İDMAN
Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib
25.06.2023 [15:01]
Xəbərin mətni
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, turnirdə 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız səkkizdəbir final mərhələsində Mitsopoulo Atanasiya (Yunanıstan) ilə üz-üzə gəlib.
Qarşılaşma F.Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rəqib finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.