İDMAN


Taekvondoçumuz III Avropa Oyunlarına məğlubiyyətlə başlayıb

Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün taekvondo yarışlarına yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması son gündə bir idmançı ilə təmsil olunur.
Yarışda 87 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Taleh Süleymanov mübarizəyə səkkizdəbir finaldan başlayıb. Təmsilçimiz Aleksander Baxman (Almaniya) ilə üz-üzə gəlib. Üç raundluq mübarizədə rəqib qalib gəlib - 2:1 (0:6, 10:4, 4:1)