MƏDƏNİYYƏT


Taxta üzərində sapla çəkilən rəsmlər: String-art

Dekorativ tətbiqi sənət dedikdə ağlımıza ilk gələn xalçaçılıq, toxuculuq, bədii tikmə, oyma və digər sənət növləridir. Bunlardan tamamilə fərqli, son illər meydana çıxan və sürətlə populyarlaşan sənət növlərindən biri də string-art yəni taxta üzərində mismar və sapla rəsm çəkmək sənətidir. Bölgələrdə də bu sənət növü ilə məşğul olan tətbiqi sənət ustalarının artması taxta üzərində sapla çəkilən rəsmə marağın olduğunu sübut edir.