İDMAN


“Çendu-2021” universiadasının “Atletlər kəndi” fəaliyyətə başlayıb

“Çendu-2021” Yay Universiadasında iştirak edəcək təxminən 11 min idmançının, heyət üzvünün yaşayacağı “Atletlər kəndi” Çendu Universitetinin kampusunda yerləşir. Universiadalar tarixində ilk dəfədir ki, “Atletlər kəndi” ali təhsil ocağının kampusunda yaradılıb.
Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilməli olan 31-ci Yay Universiadasının vaxtı pandemiya səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar 2022-ci ilin iyuna təxirə salınmışdı. Amma ötən ilin mayında FISU “Çendu-2021” universiadasını daha bir il təxirə salmaq barədə qərar qəbul edib.