Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bağçalara qəbul başlayıb

25.07.2023 [14:57]

Bu gün saat 15:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu başlayır. Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bu il üçün bağçalarda təxminən 55 minə yaxın boş yerlərin olduğunu bildirib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.