İDMAN


XXXl Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağı qaldırılıb

Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdən sonra Atletlər kəndində Azərbaycanın şərəfinə ağac əkilib.
XXXl Ümumdünya Yay Universiadasının açılış mərasimi iyulun 28-də keçiriləcək. Açılış mərasimində Azərbaycan bayrağını cüdoçumuz Gültac Məmmədəliyeva və atletimiz Nazim Babayev daşıyacaqlar.