AMEA Lənkəranda bitkilər üzərində araşdırma işlərini genişləndirib
03.08.2023 [14:14]
Xəbərin mətni
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin təcrübə bazasında çay, sitrus, nəsli kəsilməkdə olan endemik və relikt bitkilərin, xalq seleksiyası ilə yaradılmış meyvə ağaclarının nümunələri toplanır, qorunur və artırılır. Lənkəran-Astara rütubətli subtropik bölgəsində ənənəvi sitrus bitkiləri ilə yanaşı, bir sıra digər meyvə və texniki bitkilərin sənaye miqyaslı inkişafı üçün aqroiqlim potensialı mövcuddur.