İDMAN


Bakıda keçirilən atıcılıq üzrə yarışda dünya rekordu yenilənib

Bakıda atıcılıq üzrə dünya çempionatı yarışları olimpiya növündə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş növündə davam edib.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.