Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfrans keçirilib

28.08.2023 [15:09]

Xəbərin mətni

Avqustun 28-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.