SİYASƏT


Laçın postunda saxlanılan erməni futbolçuların aqibəti

2021-ci ildə Azərbaycan bayrağını təhqir edərək videoya çəkən və bunu müxtəlif sosial şəbəkələrdə paylaşan erməni futbolçular Laçın sərhəd buraxılış məntəqəsində saxlanılıb. Həmin futbolçular barəsində Azərbaycan Baş Prokurorluğunda cinayət işi başladılıb. 2001-ci il təvəllüdlü Alen Sarksyan, 2003-cü il təvəllüdlü Vahe Hafsipyan, Livon Qriqoryan dindilirmə zamanı törətdikləri əməli etiraf edərək, səmimi peşman olduqlarını və gələcəkdə bu kimi əməlləri bir daha törətməyəcəklərini bildiriblər. Qeyd olunan şəxslər barəsində məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs tətbiq olunub.