Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev Ağdam-Əsgəran-Xankəndi yolundan paylaşım edib

31.08.2023 [10:32]

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşım edib.
"Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik. Diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükünü görəcəklər", o paylaşımda bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI