SİYASƏT


Hikmət Hacıyev: Yüklərin qəbul edilməməsinə görə məsuliyyət qondarma rejimin üzərinə düşür

"Yüklərin buraya çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə məsuliyyət tam şəkildə qondarma rejimin üzərinə düşür. Bu eyni zamanda Ermənistanın üzərinə də düşür ki, onlar da bu manipulyativ prosesdə öz rollarını oynamaqda davam etdirirlər".
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.