SİYASƏT


Onların yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətlərini gizlətsinlər – Hikmət Hacıyev

Ermənistan Azərbaycan ilə razılaşdırmadan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanla sərhədə, yəni “Laçın” sərhəd-keçid məntəqəsinə gətirmişdir. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altındakı korrupsioner Avropa siyasətçiləri bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəlmişlər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.