İDMAN


Bakıda atıcılıq üzrə dünya çempionatı başa çatıb

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatında yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə mübarizə baş tutub.
Bu növdə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb. İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Martinsson bürünc medala layiq görülüb.
Həmin növ üzrə komanda yarışında Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.