SİYASƏT


Politoloq: Səfirliyimizdəki təxribata görə beynəlxalq aləm Livana təzyiqlər etməlidir

Səfirliyimizdəki təxribata görə beynəlxalq aləm Livana təzyiqlər etməlidir. Azərbaycanın Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsini bu qədər qabartdığı dövrdə ölkəmizə dırnaq arasında təzyiq göstərmək üçün səfirliklərimiz və konsulluqlarımız ətrafında bu tip çirkin oyunların qurulması birmənalı şəkildə qəbul edilməzdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq Tural İsmayılov söyləyib.