ELM VƏ TƏHSİL


Bağçalarda boş yerlərin sayı AÇIQLANDI

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) növbəyə yazılma prosesi müvəqqəti dayandırılır. AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Hüseyn Hüseynov bildirib ki,2023-2024-cü tədris illəri üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul avqustun 1-dən başlayıb. 55 minə yaxın boş yerlərdən təxminən 75 faizi tutulub. İndi isə bağçalarda 30 minə yaxın boş yer var.