SİYASƏT


Aydın Mirzəzadə: Azərbaycan Ermənistana, Fransaya və onları müdafiə edən qüvvələrə siyasi mat həyata keçirdi

Son illərdə Fransanın Azərbaycana qərəzli münasibəti göz qabağındadır. Bu məsələdə xüsusilə Fransanın prezidenti Emmanuel Makron fəal iştirak edir. Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, bütün bunlar siyasi oyunlardır, lakin belə uşaq oyunları ilə Azərbaycanı nə sındırmaq, nə də ki, ölkəmizə təzyiq etmək olar.