Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Liqası: “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri bəlli olub

01.09.2023 [17:48]

Xəbərin mətni

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunan mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olub.
Püşkatmaya ikinci səbətdən qatılan Ağdam təmsilçisi Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Haken” komandaları ilə birlikdə H qrupunda mübarizə aparacaq.