Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Mingəçevirdə “Kürü keçək” adlı üzgüçülük yarışı keçirilib, qaliblər mükafatlandırılıb

02.09.2023 [17:48]

Xəbərin mətni

Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Kür çayının iki sahili arasında təşkil olunmuş yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdim edib.
Yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı peşəkar və həvəskar üzgüçülər iştirak ediblər. İdmançılar yarış zamanı 300 metr məsafəni qət ediblər.