İDMAN


Triatlon üzrə Azərbaycan çempionatı başa çatıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə baş tutan triatlon üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Kür çayının sahilində reallaşan yarışın ardından qaliblər mükafatlarını alıblar. Onlara medalları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi şəxslər təqdim ediblər.