ELM VƏ TƏHSİL


Ağstafada bir sinfin bütün məzunları tələbə adını qazanıb

Ağstafa şəhər Texniki-Humanitar Təmayüllü Liseyin bir sinfinin bütün məzunları ali məktəbə daxil olub. Onlar tələbə adını qazanmalarının sevinclərini illərdir əziyyətlərini çəkən, onlara təhsil verən müəllimləri ilə bölüşüblər.
AZƏRTAC xəbər verir ki, bu təhsil ocağının 11 “b” sinfinin bütün şagirdləri imtahanlarda uğur qazanaraq ali məktəblərə qəbul olublar. Belə ki, 11 “a” sinfində 16 nəfərdən 15-i, 11 “b” sinfində oxuyan 10 nəfərdən isə hamısı tələbə adını qazanıb. Tələbə adını qazanan məzunlar deyirlər ki, uğura gedən yol oxumaqdan, sinifdə sağlam rəqabətdən keçir.