Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

648 bal toplayan xaçmazlı məzun riyaziyyat müəllimi olacaq

08.09.2023 [17:19]

Xəbərin mətni

Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, Xaçmaz rayonu üzrə ən yüksək bal toplayan Aysel İbrahimova riyaziyyat müəllimi olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlarda 648,2 bal nəticə əldə edən Aysel Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olub.
Aysel Ramiz qızı İbrahimova Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin məzunudur. O, məktəbi fərqlənmə attestatı ilə bitirib. Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən rayonda birinci, region üzrə ikinci ən yüksək bal toplayan məzundur.