SİYASƏT
Rusiya Qızıl Xaç Cəmiyyətinin avtomobili Xankəndi istiqamətində hərəkət edir
12.09.2023 [08:09]
Bu dəqiqələrdə Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük dolu 1 TIR-ı və onu müşayiət edən həmin Cəmiyyətin işçi heyəti Rusiya sülhməramlılarının blok postunu keçdi və hazırda Ağdam-Xankəndi yolu ilə hərəkət edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük avtomobilləri 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir: “Bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir”.
02.10.2023 [22:44]
02.10.2023 [21:33]
02.10.2023 [14:59]
02.10.2023 [14:54]
03.10.2023 [18:32]
04.10.2023 [11:47]
19.09.2023 [19:39]
29.09.2023 [12:45]
23.09.2023 [10:23]
02.10.2023 [18:49]
02.10.2023 [15:14]
01.10.2023 [11:48]