SİYASƏT
Azərbaycan ayrı-seçkilik, islamofobiya və nifrətin qızışdırılmasından narahatdır
Biz qəti şəkildə inanırıq ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi bütün insanların davamlı sülhü, inkişafı və rifahı üçün vacibdir. Azərbaycan əmindir ki, tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində və davamlı cəmiyyətlərin qurulmasında mühüm elementdir. Biz dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya, digər dini yanlış təsəvvürlər və nifrət nitqinin həyəcan verici artımından narahatıq. Dünyanın bəzi yerlərində ifadə azadlığı adı altında müqəddəs Qurani-Kərimin yandırılması və təhqir edilməsi yolverilməzdir və nifrət cinayətləri təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı deyib.