SİYASƏT
Ermənistanın yerləşdirdiyi yüz minlərlə mina günahsız insanların həyatına son qoymaqda davam edir
Digər aktual məsələ 1990-cı illərin əvvəllərində müharibə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aiddir. Təəssüflər olsun ki, Ermənistan humanitar və insan haqları qanunlarından irəli gələn itkin düşmüş şəxslərin yeri barədə məlumatı açıqlamaq öhdəliyinə əməl etmək çağırışlarımıza ardıcıl olaraq məhəl qoymur. Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşdirdiyi yüz minlərlə mina günahsız insanların həyatına son qoymaqda davam edir. 2020-ci ildə üçtərəfli bəyanat imzalanandan bəri 306 nəfər minaların qurbanı olub. Ümumilikdə son 30 ildə 3300-dən çox azərbaycanlı qurban olub. AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı deyib.