SİYASƏT
Qarabağın toponimləri REPORTAJ
Tarixin səhifələrini vərəqlədikcə ermənilərin torpaqlarımızı vəhşicəsinə talan etdikləri ilə yanaşı, həm Qarabağda, həm də Qərbi Azərbaycanda Azərbaycan toponimlərini saxtalaşdıraraq onlara yeni adlar qoyublar. Bunun bir çox sübutları var. Xankənindini Stepanakert, Şuşanı Şuşi adlandıraraq tarixi dəyişdiklərinə inanırlar. Amma burada da yanılırlar. Gördüyünüz bu xəritə 1901-ci ilə və məşhur ingilis kartoqrafı Edvard Standforda məxsusdur. Bu xəritədə ərazilərimizin adları olduğu kimi verilir. Xankəndi, Şuşa və Ağoğlan. Ermənilər Azərbaycana məxsus tarixi abidələrin və hətta çayların belə adlarını dəyişdiriblər. II Dünya Müharibəsində faşistlər belə işğal etdikləri ərazilərin adlarını dəyişdirməklə məşğul olmayıblar. Azərbaycan toponimlərinin saxtalaşdırılması ermənilərin bütün sahələrdə terrorçu, işğalçı, saxtakar olduğunu aydın şəkildə göstərən faktlardan biridir. Yüzlərlə, minlərlə xəritələr var ki, həm Qarabağda, həm də Qərbi Azərbaycandakı toponimlərimizi sübuta yetirsin. Lakin erməni tarixçiləri faktlarla sübut olunmuş Azərbaycan toponimlərini nə görür, nə eşidir, nə də kidanışır.