SİYASƏT


Rəsmi Bakı: "Ermənistan hər an təxribat törədə bilər"

“Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir.
Bölgədə sülhün və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır”, - deyə A.Hacızadə vurğulayıb.