SİYASƏT


Türkiyə Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) rəsmi “Twitter“ səhifəsində Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:"“105 il əvvəl olduğu kimi, bu gün də azərbaycanlı qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edirik. Azərbaycanlı qardaşlarımızı tək qoymayan Nuri Paşanı və onun tabeliyində olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik”.