ELM VƏ TƏHSİL


Birincilərin ilk dərs həyəcanı

Yeni tədris ilinin başlamasına ən çox həyacalanan birincilər və onların valideynləridir. Həyatlarının yeni dövrünə ilk addımlarını atan bu balacaların bəziləri “Bilik günü”nü gülərək, bəziləri isə gözyaşları ilə qarşılayırlar… Məhz bu gün balacaların həyacanının və qorxusunun qarşısını almaq üçün ilk kömək əlini körpələrə müəllimlər uzadır. Yeni tədris ilinin ilk zəngi çalınır. Birincilərin də ilk dərsi "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusu ilə başlayır.